Almaniya İrandan tələb etdi: Bundan imtina edin!

4-05-2026, 00:08           
Almaniya İrandan tələb etdi: Bundan imtina edin!
Almaniyanın xarici işlər naziri Yohan Vadeful iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığında Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə silahlarından imtina etməsini tələb edib.

TEREF axar.az-a istinadən xəbər verir ki, bu barədə Y.Vadeful X hesabında məlumat verib.

Nazir Almaniyanın danışıqlarla həll yolunu dəstəklədiyini vurğulayıb:

“ABŞ-ın yaxın müttəfiqi olaraq, biz eyni məqsədi bölüşürük: İran nüvə silahlarından tamamilə və təsdiqlənə biləcək şəkildə imtina etməli və ABŞ dövlət katibi Marko Rubionun da tələb etdiyi kimi Hörmüz boğazını dərhal açmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru