ABŞ hərbçilərinə SEPAH katerlərinə zərbə endirməyə icazə verilib

5-05-2026, 10:24           
ABŞ hərbçilərinə SEPAH katerlərinə zərbə endirməyə icazə verilib
ABŞ hərbçilərinə Hörmüz boğazında gəmilərə təhlükə yarandığı halda İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus katerlərə və raket mövqelərinə zərbə endirmək səlahiyyəti verilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid Ağ Ev rəsmisinə istinadən özünün “X” (keçmiş “Twitter”) hesabında məlumat paylaşıb.

Bildirilir ki, regionda ABŞ qüvvələrinin atəş açma qaydaları dəyişdirilib. Artıq hərbçilər boğazdan keçən gəmilərə birbaşa təhlükə yaradan hədəflərə, o cümlədən SEPAH-ın sürətli katerlərinə və raket qurğularına qarşı preventiv zərbələr endirə bilərlər.

Xatırladaq ki, aprelin 23-də ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən və ya gəmilərə maneə yaradan istənilən kiçik kateri məhv etmək əmri verdiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru