Tramp: "ABŞ gəmilərinə hücum olarsa, İran “yer üzündən silinəcək”"

5-05-2026, 10:44           
Tramp: "ABŞ gəmilərinə hücum olarsa, İran “yer üzündən silinəcək”"
Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin edən Amerika hərbi gəmilərinə hücum ediləcəyi təqdirdə İran “yer üzündən silinəcək”.
Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

ABŞ lideri regionda hərbi gücün artırılmasının davam etdiyini də vurğulayıb.

“Bizim əvvəlkindən daha çox və daha yüksək keyfiyyətli silah və sursatımız var. Daha yaxşı texnikamız var. Dünyanın hər yerində resurslarımız və hərbi bazalarımız mövcuddur. Onların hamısı təchiz olunub. Lazım gələrsə, bütün bunlardan istifadə edə bilərik və istifadə edəcəyik”, – deyə Tramp əlavə edib. (Apa.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru