ABŞ səhrasında 350 min "Volkswagen" və "Audi" avtomobili dayanıb: Səbəb nədir?

Dünən, 15:35           
ABŞ səhrasında 350 min "Volkswagen" və "Audi" avtomobili dayanıb: Səbəb nədir?
ABŞ-ın Mojave səhrasında təxminən 350 000 ədəd "Volkswagen" və "Audi" markalı avtomobil uzun illərdir saxlanılır və toz altında qalır. Məlumata görə, bu avtomobillər artıq təxminən 10 ildir bu ərazidə yerləşir.

Qaynarinfo xəbər verir ki, "Supercarblondie" portalının yazdığına görə, bu avtomobillər 2015-ci ildə "Dieselgate” adlı emissiya qalmaqalı zamanı buraya gətirilib.

O dövrdə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) "Volkswagen Qrup"unun emissiya qaydalarını pozduğunu aşkar etmişdi. Məlum olub ki, "Audi" və "Volkswagen" avtomobilləri icazə verilən həddən 40 dəfə çox azot oksidi buraxırdı.

Bunun nəticəsində şirkət ABŞ-dakı avtomobil sahiblərindən nəqliyyat vasitələrini geri almaq üçün genişmiqyaslı proqram həyata keçirib və bu prosesə təxminən 7,4 milyard dollar xərclənib.

Ölkə üzrə geri alınan avtomobillərin saxlanması üçün 37 fərqli anbar yaradılıb və Mojave səhrası onların ən böyüklərindən biri olub.

Bu avtomobillərin taleyi necə olacaq?

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bir çox insan bu maşınların "tərk edilərək çürüməyə buraxıldığını” düşünür. Lakin vəziyyət tam belə deyil.

Səhranın quru iqlimi paslanma və korroziyanın qarşısını alır, bu da avtomobillərin uzun müddət saxlanmasına imkan yaradır. "Volkswagen" bu ərazidə saxlanılan avtomobillərə mütəmadi texniki baxış da keçirir.

Məqsəd avtomobillərin müvəqqəti saxlanmasıdır - müvafiq qurumların proqram təminatı və ya texniki düzəlişlərə icazə verməsini gözləmək üçün.

Son illərdə bu "avtomobil qəbiristanlığı” tədricən boşaldılır: minlərlə avtomobil artıq təmir edilərək yenidən satışa çıxarılıb, digərləri isə iqtisadi cəhətdən bərpa olunmadığı üçün sökülərək təkrar emala göndərilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru