ABŞ kəşfiyyatında böhran? - CIA mühüm prosesdən geri çəkildi - VİDEO

Dünən, 15:44           
ABŞ kəşfiyyatında böhran? - CIA mühüm prosesdən geri çəkildi - VİDEO
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bəzi kəşfiyyat qiymətləndirmələrinin, xüsusilə də İranla mümkün müharibəyə dair materialların hazırlanmasında iştirakını dayandırıb.

Bu barədə Baku TV-nin videomaterialında deyilir.


"Reuters" agentliyinin məlumatına görə, bu qərar Mərkəzi Kəşfiyyat İdarəsi ilə Milli Kəşfiyyat Direktoru İdarəsi arasında kəşfiyyat məlumatlarının paylaşılması və səlahiyyət bölgüsü ilə bağlı yaranmış fikir ayrılıqları səbəbindən qəbul edilib.

Amerikalı rəsmilər və vəziyyətlə tanış mənbələr bildiriblər ki, iki qurum arasında daxili gərginlik artıq bir ildən çoxdur davam edir. Bu vəziyyət milli təhlükəsizlik məsələləri üzrə analitik materialların hazırlanmasında əməkdaşlığa mənfi təsir göstərir.

Nəzərə alsaq ki, ABŞ prezidentləri beynəlxalq böhranlarla bağlı qərarlar qəbul edərkən ənənəvi olaraq məhz bu analitik materiallara istinad edirlər, iki kəşfiyyat qurumu arasında yaranmış fikir ayrılıqları Donald Tramp administrasiyası üçün əlavə çətinliklər yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru