SEPAH Fars körfəzindən Qırmızı dənizədək "təhlükəsizlik kəməri" yaradılacağını elan etdi

9-06-2026, 08:38           
SEPAH Fars körfəzindən Qırmızı dənizədək "təhlükəsizlik kəməri" yaradılacağını elan etdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində fəaliyyət göstərən "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani Hörmüz boğazından Yəmən sahillərindəki Bab əl-Məndəb boğazınadək, həmçinin Fars körfəzindən Qırmızı dənizədək uzanacaq yeni "təhlükəsizlik kəməri"nin yaradılması planı barədə məlumat verib.

Bu barədə "Reuters" İranın dövlət KİV-ə istinadən məlumat yayıb.

Qaani sözügedən təhlükəsizlik zonasının yaradılması kontekstində İranın müttəfiqlərindən ibarət "Müqavimət oxu" ittifaqına toxunub. Bu ittifaqa Livanın "Hizbullah" təşkilatı, Yəməndəki "Ənsar Allah" hərəkatı və Fələstindəki HƏMAS daxildir.

Xatırladaq ki, ötən həftə İran İsrailin Livana endirdiyi zərbələr səbəbindən ABŞ ilə danışıqlarda iştirakını dayandırdığını açıqlayıb. Tehran həmçinin Hörmüz boğazının bağlana biləcəyi ilə hədələyib və Bab əl-Məndəb boğazı ətrafında qüvvələrini fəallaşdıracağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru