Niyə bəziləri imtahana cəlb olunur, bəziləri olunmur?

Bu gün, 08:38           
Niyə bəziləri imtahana cəlb olunur, bəziləri olunmur?
Mənə çox maraqlıdır. İstidə, soyuqda, yağışda, qarda əziyyət çəkən çilingərlər, mühəndislər imtahana cəlb olunur. Amma bütün günü kabinetdə oturub telefonla oynayan, otaqdan bayıra çıxmayan, iki eşşəyin arpasını bölə bilməyən, iş bacarığı olmayan, dövlət əmlakını talayan bəzi rəislər niyə imtahana cəlb olunmur?
Səbəb nədir? Dövlət maaşı telefonla oynamağa görə verir, yoxsa dövlətə vicdanla xidmət etməyə?
Əgər məqsəd bilik və bacarığı yoxlamaqdırsa, ilk növbədə qərar verənlər, rəhbərlik edənlər imtahan verməlidir. Çünki fəhlənin səhvi bir avadanlığı dayandırar, savadsız və bacarıqsız rəhbərin səhvi isə bütöv bir müəssisəni məhv edər.
Yoxsa imtahan yalnız işləyənlər üçündür, işləməyənlər üçün yox?
Dasqin Abbasov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru