Nəsimidə tikiliyə qanunsuz əlavə: Buna kimlər göz yumur?(VİDEO)

Bu gün, 08:44           
Nəsimidə tikiliyə qanunsuz əlavə:
Bakı şəhəri, Nəsimi rayonunda hazır tikiliyə edilən əlavə sakinlərin narazılığına səbəb olub.

Tribuna.az xəbər verir ki, bu barədə sakinlər bildiriblər. Onların sözlərinə görə, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən “Əcəmi Mall” ticarət mərkəzinin üstündə əlavə mərtəbə inşa edilir.

Sakinlər bildirib ki, artıq mərtəbənin dəmir konstruksiyaları hazırdır. Tikiliyə etiraz edən sakinlər bildirib ki, işlər qanunsuz və icazısiz aparılır. Çünki ticarət mərkəzi illərdir 2 mərtəbəli olaraq fəaliyyət göstərir. Mərkəzin 2 mərtəbəli formada olmasının icazəsi əvvəldən var. İndi isə qanunsuz olaraq 3-cü mərtəbə inşa edilir.

Sakinlər bildirib ki, hazır tikilinin üstünə əlavənin edilməsi həm də təhlükəlidir.

Tikiliyə kimin icazə verməsi, kimin bu qanunsuzluğa göz yumması maraq doğurub. Sakinlər icazənin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verildiyini bildirir.

Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru