Tramp: ABŞ İrana qarşı yeni zərbələr endirməyə hazırlaşır

11-06-2026, 10:24           
Tramp: ABŞ İrana qarşı yeni zərbələr endirməyə hazırlaşır
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yaxın saatlarda İrana qarşı yeni hərbi zərbələr endirməyi planlaşdırır.

Sherg.az-ın məlumatına görə, Tramp jurnalistlərə açıqlamasında deyib ki, ABŞ artıq bir gün əvvəl İran hədəflərinə ciddi zərbələr endirib və bu əməliyyatların davam etdirilməsi mümkündür.

Ağ Ev rəhbəri həmçinin iddia edib ki, İran qüvvələri Amerika helikopterini vurub. Onun sözlərinə görə, bu hadisə qüvvədə olan atəşkəsin pozulmasına səbəb ola bilər və ABŞ-nin cavab tədbirləri görmək hüququ var.

İran isə regionda müvəqqəti deyil, uzunmüddətli və sabit sülhün əldə olunmasının tərəfdarı olduğunu bəyan edir. Tehran hesab edir ki, ABŞ və İsrail mümkün atəşkəsdən qüvvələrini yenidən toplamaq üçün istifadə edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru