G7 sammitində diqqətçəkən an: Meloni (G7) sammiti çərçivəsində həmkarlarına bir ay əvvəl siqareti tərgitdiyini açıqlayıb.

Bu gün, 09:18           
G7 sammitində diqqətçəkən an:
İtaliyanın Baş naziri Corica Meloni Fransada keçirilən "Böyük yeddilik" (G7) sammiti çərçivəsində həmkarlarına bir ay əvvəl siqareti tərgitdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, Meloni digər liderlərlə söhbət zamanı qəhvə içmək istədiyini bildirib.

Buna cavab olaraq Almaniya kansleri Fridrix Merts zarafatla ondan siqaret də istəyib-istəmədiyini soruşub.

"Xeyr, mən siqareti tərgitmişəm", - deyə Meloni cavab verib.
Bu sözlərdən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Əhsən!" deyərək ona dəstəyini ifadə edib. Digər siyasətçilər tərəfindən də alqış və təqdir səsləri eşidilib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə Qəzza ilə bağlı keçirilən sammit zamanı Meloniyə siqareti tərgitməyi tövsiyə etmişdi.
"Əla görünürsən, amma səni siqareti tərgitməyə məcbur etməliyəm", - deyə Ərdoğan İtaliyanın baş nazirinə müraciət etmişdi.
Meloni isə zərərli vərdişdən qurtulmalı olduğunu bildiyini söyləmişdi. Həmin söhbətin şahidi olan Fransa Prezidenti Emmanuel Makron isə zarafatla Meloninin siqaretdən imtina etməsinin "mümkün olmadığını" demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru