Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 00:14

2026-cı ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən 103 milyon 936 min dollar pul köçürülüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə göndərilən vəsaitlərin həcmi 8 milyon 738 min dollar və ya 7,8% azalıb. Belə ki, 2025-ci ilin ilk rübündə bu göstərici 112 milyon 674 min dollar olub.
Qeyd edək ki, 2026-cı ilin ilk rübündə Azərbaycandan ən çox vəsait Türkiyəyə köçürülüb. Belə ki, bu ölkəyə 28 milyon 242 min dollar (ümumi məbləğin 27,2%-i) göndərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə göndərilən vəsaitlərin həcmi 4 milyon 185 min dollar azalıb.
İkinci yerdə ABŞ qərarlaşıb. 2026-cı ilin ilk rübündə Amerikaya 16 milyon 182 min dollar vəsait göndərilib ki, bu da ümumi köçürmələrin 15,6%-nə bərabərdir. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-yə köçürülən pulların həcmi də 2 milyon 603 min dollar azalıb.
Daha sonra Rusiya (10 milyon 192 min dollar – 9,8%), Böyük Britaniya (5 milyon 963 min dollar – 5,7%), Gürcüstan (5 milyon 616 min dollar – 5,4%) və Almaniya (5 milyon 506 min dollar – 5,3%) gəlir.
Ən ciddi artım Rusiya və Almaniyaya göndərilən vəsaitlərdə qeydə alınıb. Belə ki, Rusiyaya köçürülən pullar 9 milyon 497 min dollardan 10 milyon 192 min dollara, Almaniyaya göndərilən vəsaitlər isə 4 milyon 891 min dollardan 5 milyon 506 min dollara yüksəlib. Ən böyük azalma isə Türkiyə və ABŞ istiqamətində müşahidə olunub. Türkiyəyə göndərilən vəsaitlər 32,4 milyon dollardan 28,2 milyon dollara düşərək 4,2 milyon dollar azalıb. ABŞ-yə köçürülən pullar isə 18,8 milyon dollardan 16,2 milyon dollara enərək 2,6 milyon dollar geriləyib. Həmçinin Gürcüstana (19,2% azalma), Koreyaya (63%), İsrailə (43%) və Çinə (41%) göndərilən vəsaitlərdə də ciddi azalma qeydə alınıb.
Bu ilin ilk rübündə Azərbaycandan xaricə köçürülən pulların ölkələr üzrə tam siyahısı belədir:
Türkiyə – 28,24 milyon dollar (ümumi pulların 27,2%-i);
ABŞ – 16,18 milyon dollar (15,6%);
Rusiya – 10,19 milyon dollar (9,8%);
Böyük Britaniya – 5,96 milyon dollar (5,7%);
Gürcüstan – 5,62 milyon dollar (5,4%);
Almaniya – 5,51 milyon dollar (5,3%);
Birləşmiş Ərəb Əmirlikləri – 5,17 milyon dollar (5,0%);
Kanada – 2,18 milyon dollar (2,1%);
Qazaxıstan – 1,62 milyon dollar (1,6%);
Polşa – 1,35 milyon dollar (1,3%);
Fransa – 1,34 milyon dollar (1,3%);
Çexiya – 1,22 milyon dollar (1,2%);
Avstriya – 1,19 milyon dollar (1,1%);
İspaniya – 1,17 milyon dollar (1,1%);
İsveçrə – 1,16 milyon dollar (1,1%);
Litva – 1,16 milyon dollar (1,1%);
Ukrayna – 1,15 milyon dollar (1,1%);
İtaliya – 1,10 milyon dollar (1,1%);
Niderland – 1,00 milyon dollar (1,0%);
Özbəkistan – 0,93 milyon dollar (0,9%);
Çin – 0,80 milyon dollar (0,8%);
Koreya – 0,74 milyon dollar (0,7%);
İsrail – 0,62 milyon dollar (0,6%);
Hindistan – 0,59 milyon dollar (0,6%);
Belçika – 0,50 milyon dollar (0,5%);
Yunanıstan – 0,49 milyon dollar (0,5%);
Digər dövlətlər – 6,77 milyon dollar (6,5%).

