Əməkdar artist Elxan Qasımov Həsən Əbluc haqqında- XATİRƏ

Bu gün, 17:24           
Əməkdar artist Elxan Qasımov Həsən Əbluc haqqında- XATİRƏ
Əməkdar artist Elxan Qasımov Həsən Əbluc haqqında: “1963-cü il idi, institutda oxuyurdum, günlərin birində Həsən dedi səndən anama danışmışam, axşam bizə gələrsən.
Getdim gördüm, üç dost – Həsən, Şahmar, Tariyel oturub kitab oxuyurlar. Yəni nə qumar oynayırlar, nə araq içirlər. Sənətlə məşğul olan üç dost...Ondan sonra dostluğumuz başladı. Həsən ağır adam idi. Sözünü mütləq deməliydi. Yanında olanda həmişə sözlərini “ütüləyirdim”. O yaltaqlığın, əyri yollarla getməyin nə olduğunu bilmədi. Həsən Əblucun ən gözəl əsərlərindən biri qızı - Elnazdır.
Həsənin kinoda elə işləri var ki, onu çoxları bilmir. “Yaramaz” filmində baş rolun ifaçısı Mamuka Kikaleyşvilinin səsləndirmək üçün aktyor axtarışında idilər. Səs rejissoru Əsəd Əsədovun təklifi ilə Həsəni dəvət etdilər. Kinostudiyada onu bəyənən, bəyənməyən, sonuncu pullarına “Malbro” alıb, çəkərək koridorlarda gəzənlər də onun səsinə valeh oldular.
Allah taleyini başqa cür yazdı. Qəmgin notlara köklənmək istəmirəm. İştahı az idi: o pul deyil, sənət hərisi idi. İçindən, ürəkdən bütün gücü ilə oynayırdı. Bax elə buna görə də ürək bir gün dözmədi...”.
Paylaşdı: İncəsənət TV.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru