DÇ-2026: Holanddan dubl, Norveçdən darmadağın - VİDEO
Bu gün, 08:57
2026-cı il dünya çempionatının I qrupunda İraq və Norveç yığmaları arasında keçirilən oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar ABŞ-nin Foksboro şəhərində yerləşən "Cillet" stadionunda üz-üzə gəliblər. Qarşılaşmanı qabonlu baş hakim Pyer Açonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Görüş Norveç millisinin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb. Norveç yığmasının heyətində Erlinq Holand iki dəfə fərqlənib. Bundan başqa, Leo Estiqor və Kristian Torstvedt də rəqib qapısına yol tapıblar. İraq millisinin yeganə qolunu isə hücumçu Aymən Hüseyn vurub.
2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi Argentina millisidir. Komanda 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığması ilə əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək çempion olub.