Tayson Ermənistana gəlirsə, Azərbaycana niyə gəlmir?
Bu gün, 07:24

Mayk Tayson İrəvandadır
Dünya boksunun canlı əfsanəsi gedib Ermənistanda restoranda oturur, şəkil çəkdirir və bu hadisə dərhal ölkənin PR-ına çevrilir.
Sadə görünən bir səfər əslində çox şey deyir.
İndi sual budur.
Tayson Ermənistana gəlirsə, Azərbaycana niyə gəlmir?
Problem pul deyil.
Problem infrastruktur da deyil.
Problem imicdir.
Turizm otel deyil.
Turizm təbiət deyil.
Turizm hissdir.
İnsan özünü harada rahat hiss edirsə, ora gedir.
Ermənistan bu hissi satır.
Açıq ölkə imici yaradır.
Biz isə hələ də özümüzü dünyaya izah edə bilmirik.
Sual açıq qalır.
Tayson Ermənistana gedir.
Faktlara baxaq.
Azərbaycan 2025-ci ildə 2,57 milyon xarici ziyarətçi qəbul edib.
Bu, əvvəlki illə müqayisədə təxminən 2,1 faiz azalma deməkdir.
Azərbaycandan 3 dəfə balaca olan Ermənistan isə 2,26 milyon turist qəbul edib.
Bu göstərici təxminən 2,5 faiz artım deməkdir.
Rəqəmlərə görə Azərbaycan hələ də öndədir.
Amma əsas məsələ bu deyil.
Əsas məsələ trenddir.
Ermənistanda turizm böyüyür.
Azərbaycan isə geriləyir.
Azərbaycana gəlmək istəyənlər niyə tərəddüd edir? Səbəb çoxdur, Sərhədlər bağlı, təyyarə biletləri aşırı həddə baha, ictimai mühit gərgin...
Düşünmək vaxtıdır.
Elbeyi Hesenli
TEREF

