Müğənni Loboda Rusiyadakı malikanəsini 850 milyon rubla satdı - FOTO
Bu gün, 16:38
Rusiyanı tərk edən məşhur müğənni Svetlana Loboda Moskva yaxınlığındakı 1 200 kvadratmetrlik villasını 850 milyon rubla (təxminən 20 milyon manat) satıb.
Bu barədə məlumatı "Mash" "Telegram" kanalı yayıb.
Bildirilib ki, ifaçı 2023-cü ildən bəri əmlakına alıcı tapa bilmirdi. Nəhayət, may ayında alqı-satqı baş tutub. Mülkü Rusiyanın iri sahibkarlarından biri alıb. Yeni sahib qeyd olunan məbləğə dörd yataq otağı, iki yemək otağı, bar, bilyard və hovuzu olan, tam təmirli və mebelli üçmərtəbəli ev əldə edib. Kompleksə, həmçinin çardağı olan baxımlı bağ, işçi heyəti üçün yaşayış yeri, qonaq evi, mühafizə məntəqəsi və qaraj da daxildir.
Loboda 2022-ci ildə Rusiyanı tərk etdikdən dərhal sonra evini satışa çıxarmışdı. O zaman müğənni mülk üçün 650 milyon rubl tələb edirdi. Lakin sonradan o, qiyməti 850 milyon rubla qədər artırmaq qərarına gəlib. Qeyd olunub ki, mülk satılan günə qədər müğənni "Knyajye Ozero"dakı malikanəni ayda 1.3 milyon rubla (təxminən 31 min manat) kirayə verib.