Bir səs fərqi ilə həlledici qərar: Senat Trampa yaşıl işıq yandırdı

17-06-2026, 09:26           
Bir səs fərqi ilə həlledici qərar: Senat Trampa yaşıl işıq yandırdı
ABŞ Senatı Prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni bloklayıb.

Bu barədə "CBS News" səsvermənin nəticələrinə istinadən məlumat yayıb.

Səsvermənin yekunlarına əsasən, 48 senator qətnamənin Senatın Beynəlxalq Münasibətlər Komitəsindən çıxarılaraq ümumi müzakirə və səsverməyə təqdim edilməsi təşəbbüsünün əleyhinə, 47 senator isə lehinə səs verib.

Məlumata görə, Men ştatını təmsil edən Syuzan Kollinz, Luiziana ştatından Bill Kessidi, Alyaska ştatından Liza Murkovski və Kentukki ştatından Rend Pol olmaqla dörd respublikaçı senator qətnaməni dəstəkləyən demokratların mövqeyinə qoşulub.

Pensilvaniya ştatını təmsil edən senator Con Fetterman isə sənədin əleyhinə səs verən yeganə demokrat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru