Bilik insanı alim edir, onu müəllim edən isə vicdanı və xarakteridir.

Bu gün, 00:05           
Bilik insanı alim edir, onu müəllim edən isə vicdanı və xarakteridir.
Bir gün Abbas (Zamanov) müəllim BDU-da dərs dediyi zaman, lövhədə tabaşirlə Sabir, Mirzə Cəlil yazır, ancaq üçüncü ada çatanda onu unudir. Beş dəqiqə fikirləşir, görür yadına düşmədi, dərsi yarımçıq qoyaraq dekanlığa gedir və Yalçın müəllimə deyir ki, daha yaşlaşmışam, məndən müəllim olmaz.
Maraqlıdır ki, Abbas müəllimin yaddaşı və kitab sevgisi qeyri-adi olmuşdur. Deyilənə görə, o, oxuduğu əsərlərin müəlliflərini, nəşr illərini, hətta bəzi səhifələrini belə illər sonra xatırlaya bilirdi. Amma onu fərqləndirən təkcə güclü yaddaş deyildi, elmə qarşı sonsuz hörməti idi.
Abbas Zamanov bir adı unutduğuna görə özünü qınayırdı. Bu gün isə bəziləri oxumadığı kitablar, yazmadığı məqalələr və etmədiyi tədqiqatlarla(və ya süni intellekt ilə apardığı "tədqiqatlarla" öyünür.
Ancaq böyük alimlər və insanlar həmişə öz biliyindən deyil, bilmədiklərindən danışırlar.(Bu barədə ayrıca bir status olacaq) Çünki elm artdıqca insan öz bilmədiklərinin sərhədlərini daha aydın görür.
İnsan yaşlandığı üçün böyük olmur.
Özünə qarşı tələbkarlığı itirmədiyi üçün böyük olur.
Abbas müəllimin dərsi yarımçıq qoyması tələbəyə və elmə göstərilən hörmətin ifadəsi idi. O, auditoriyaya sadıcə məlumat ötürmürdü, elm qarşısında məsuliyyət daşıyırdı.
Bilik insanı alim edir, onu müəllim edən isə vicdanı və xarakteridir.
----
A.Zamanov Zərdabinin nəşinin Fəxri Xiyabana köçürülməsində ən çox fədakarlıq göstərən şəxslərdən olub. 1957-ci ildə bir qrup tələbəsi ilə Bakının kənar qəbiristanlıqlarının birində Zərdabinin nəşinin qalıqlarını özü əlinə bel alaraq axtarıb.
O yaxşı bilirdi ki, millətlər təkcə torpaq üzərində deyil, həm də öz böyük şəxsiyyətlərinin xatirəsi üzərində yaşayırlar.
P.S.Böyük insanları ucaldan yalnız yazdıqları kitablar deyil, qoruduqları dəyərlərdir.
Bəzən bir insanın əlinə aldığı bel, min çıxışdan və yüz məqalədən daha təsirli olur.
Zamanov bununla millətin yaddaşını torpaq altından çıxarıb yenidən xalqına qaytardı.
Nurun içində yat, BÖYÜK İNSAN, yerin görünür, çünki doldurduğun yer vəzifə yeri deyil, şəxsiyyət yeridir.
Sizin yoxluğunuz təkcə bir alimin yoxluğu deyil, həm də bir məktəbin, bir düşüncə tərzinin, bir mənəviyyatın yoxluğudur. Bu gün Abbas müəllimin elminə, vicdanına və şəxsiyyətinə daha çox ehtiyac duyulur.
P.P.S.Zaman böyük alimlər yetişdirə bilir, amma Abbas müəllim kimi böyük insanlar nadir doğulur.
Hikmət Akademiyası
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru