12 əsrlik əfsanə "öldü": Robin Qudun sığınacağı qurudu (FOTO)

19-06-2026, 11:34           
12 əsrlik əfsanə "öldü":
İngiltərədəki Şervud meşəsində yerləşən və Robin Qudun sığındığı yer kimi tanınan nəhəng palıd ağacının quruduğu bildirilib. Robin Qud əfsanəsi ilə əlaqələndirilən təxminən 1200 illik "Major Oak” adlı ağac bu yaz yarpaq açmayaraq tamamilə quruyub.

Qaynarinfo xəbətr verir ki, 28 metrə qədər budaq yayılması və 1 metr diametrə yaxın gövdəsi ilə Britaniyanın ən böyük ağaclarından biri sayılan bu palıd, illərdir həm təbiət abidəsi, həm də turistik simvol kimi tanınırdı.

Rəsmilərin məlumatına görə, ağacın qurumasında əsas səbəblərdən biri kök ətrafındakı torpağın sıxlaşması və uzunmüddətli quraqlıq olub. Milyonlarla ziyarətçinin bölgəyə gəlişi nəticəsində torpağın demək olar ki, beton kimi sərtləşdiyi qeyd edilir.

Qoruma işləri 20-ci əsrin əvvəlindən aparılırdı. 1970-ci illərdə ağacın ətrafı hasara alınsa da, təbii təzyiqlərin qarşısını tam almaq mümkün olmayıb.

Mütəxəssislər son illərdə yaşanan ekstremal istilər və quraqlığın prosesi sürətləndirdiyini bildirir. Xüsusilə 2022-ci ilin yayında İngiltərədə temperaturun 40 dərəcəyə qədər yüksəlməsi ağacın zəifləməsində kritik rol oynayıb.

Qurumasına baxmayaraq, "Major Oak”ın kök saldığı yerdə qalacağı və tarixi simvol kimi qorunacağı bildirilir. Şervud meşəsi isə Robin Qud əfsanəsi ilə bağlı ən məşhur təbiət məkanlarından biri olaraq qalır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru