Araz Ağalarovdan 1,68 milyardlıq tələb

Bu gün, 12:25           
Araz Ağalarovdan 1,68 milyardlıq tələb
Azərbaycanəsilli iş adamı Araz Ağalarovun Rusiyada fəaliyyət göstərən “Crocus Group” şirkəti 2024-cü ildə yandırılan "Crocus City Hall" konsert zalına görə "İnqosstrax" sığorta şirkətindən 1,68 milyard rubl (təxminən 36 milyon 500 min manat) tələb edir.

Demokrat.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, tələb olunan məbləğ ümumi zərərin üçdə birindən də azdır. Lakin iddianın təmin olunmasının çətin ola biləcəyi bildirilir. Səbəb kimi terror aktı riskinin sığorta müqaviləsinə daxil edilməməsi göstərilir.

İddia iyulun 10-da məhkəmə tərəfindən icraata qəbul edilib.

Qeyd edək ki, Araz Ağalarovun oğlu, Xalq artisti Emin Ağalarov daha əvvəl şirkətə dəyən zərəri 150-200 milyon dollar qiymətləndirmişdi. Bu məbləğin təxminən 100 milyon dollarının analoji konsert zalının yenidən tikintisinə sərf oluna biləcəyi bildirilmişdi.

Xatırladaq ki, "Crocus City Hall"da terror aktı 2024-cü ilin martın 22-də axşam saatlarında baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq qarşısına çıxan hər kəsi güllələyib və yanğın törədib. Konsert zalının üzərindəki dam uçub.

Hücum nəticəsində 6-sı uşaq olmaqla 145 nəfər həlak olub, 550-dən çox adam yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru