Parisdə etirazçılar bankları dağıdıblar

17-11-2017, 00:47           

Fransa prezidenti Emmanuel Makronun islahatlarına qarşı çıxan etiraz aksiyasının iştirakçıları Parisdə bankları dağıtmağa başlayıblar.

teref.az oxu.az-a istinadən bildirir ki, yürüş Respublika meydanından yerli vaxtla saat 14:00-da başlayıb. Etirazçılar yürüş zamanı bankların və maliyyə qurumlarının vitrinlərini dağıdıblar. Onlar daş və şüşələrdən istifadə ediblər.

İnsident zamanı bank işçiləri təşvişə düşüblər. Hadisə yerinə polis qüvvələri cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru