Müxalifət lideri ölkədən qaçdı

17-11-2017, 23:48           

Venesuelanın müxalifət lideri Antonio Ledezma Kolumbiyaya qaçıb.

Axar.az xəbər verir ki, bu barədə Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Tvitter hesabında yazıb.

"Antonio Ledezma, azadlığa xoş gəlmisən! Bu, onun atacağı ən gözəl addımdır. Sən bizə narkodiktaturanın məhbusu kimi deyil, azadlığın, insan haqlarının və demokratiyanın qorunması üçün lazımsan", - deyə Pastrana bildirib.

Qeyd edək ki, Ledezma 4 avqustdan bəri ev dustaqlığında idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru