Bir neçə kəndin azad edilməsindən iki il keçir – SİYAHI + FOTO

23-10-2022, 10:36           
Bir neçə kəndin azad edilməsindən iki il keçir – SİYAHI + FOTO
Bu gün Azərbaycan ordusunun Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndlərini işğaldan azad etməsindən iki il keçir.

2020-ci ilin oktyabrın 23-də Xocavəndin Dolanlar, Bünyadlı, Cəbrayılın Dağ Tumas, Nüsüs, Minbaşılı kəndləri və Xələfli qəsəbəsi Ermənistanın işğalından azad edilib.

Eyni tarixdə Zəngilanın Vənədli, Mirzəhəsənli kəndlərində də işğala son qoyulub.

Həmin gündə Azərbaycan ordusu ilk dəfə olaraq Qubadlı istiqamətində bir neçə kəndi işğaldan qurtarıb.

Belə ki, Qubadlının Zilanlı, Kürd Mahmudlu, Muğanlı və Alaqurşaq kəndlərində işğala son qoyulub.

Bildirək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru