İsrailin xarici işlər naziri İranı quldurluqda ittiham etdi - FOTO

14-04-2024, 09:41           
İsrailin xarici işlər naziri İranı quldurluqda ittiham etdi - FOTO
Hörmüz boğazında İsrail gəmisinin ələ keçirilməsindən sonra ölkənin xarici işlər naziri İsrael Katz İranı beynəlxalq hüququ pozmaqda və quldurluq əməliyyatı keçirməkdə ittiham edib.

O, həmçinin Avropa İttifaqını (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.

Bu barədə İsrael Katz özünün “X” hesabında paylaşım edib.
“HƏMAS-ın cinayətlərini dəstəkləyən cinayətkar İran rejimi hazırda beynəlxalq hüququ pozaraq quldurluq əməliyyatı həyata keçirir. SEPAH İsrailə məxsus olduğunu iddia edərək, Aİ üzvü olan bir ölkəyə - Portuqaliyaya məxsus mülki yük gəmisini ələ keçirib”, - deyə o, paylaşımda bildirib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru