“Bəzi xarici media orqanları bildirirdi ki, guya işğala məruz qalan onlardır” - Prezidentin köməkçisi

21-07-2024, 12:29           
“Bəzi xarici media orqanları bildirirdi ki, guya işğala məruz qalan onlardır” - Prezidentin köməkçisi
“Dezinformasiya yeni fenomen deyil. İnformasiya çox güclü vasitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.

O qeyd edib ki, dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmasında vasitə ola, müharibələrə gətirib çıxara bilər. Dezinformasiyanın əsas qurbanları media və jurnalistlərdir.

Azərbaycanın uzun illər işğala məruz qaldığını, lakin xarici medianın onu başqa tərəfdən göstərdiyini forum iştirakçılarının diqqətinə çatdıran Prezidenti köməkçisi əlavə edib: “Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır. Lakin biz ciddi cəhdlə təkzib vasitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oynayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru