Mehriban Zeynalova etiraz edir: "13 yaşlı orta çəkili bir qız üçün çanta maksimum 4,5–5 kq olmalıdır. 7 kq artıq yük hesab olunur və təhlükəlidir."
16-10-2025, 17:48
SOS!!! Elm və Təhsil Nazirliyi yanında İctimai Şura TƏBİB Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Uşaqların məktəb çantalarının çəkisi bu gün cəmiyyət üçün real və ciddi bir müzakirə mövzusu olmaldır!!! Xüsusilə 10–15 yaş arası uşaqlarda skelet sistemi hələ formalaşma mərhələsində olduğu üçün, bu yaşda artıq çantaların daşınması onların sağlamlığına düzəlməz zərər vura bilər. 13 yaşlı bir qızın hər gün 7 kq-lıq çanta daşıması, əslində, sağlamlıq baxımından qəbuledilməzdir. Uşaqların onurğası, çiyin və bel əzələləri hələ tam bərkimədiyindən, bu ağırlıq bədənin simmetriyasını pozur. Zamanla onurğa əyrilikləri (skolioz), duruş pozuntuları, çiyin və boyun ağrıları, hətta sinir sıxılmaları yarana bilər. Uşağın gündəlik hərəkət aktivliyi azaldıqca yorğunluq, diqqət zəifliyi, məktəbə qarşı istəksizlik kimi psixoloji nəticələr də ortaya çıxır. Beynəlxalq ortopedik standartlara görə, uşağın daşıdığı yük onun bədən çəkisinin 10–15 faizini keçməməlidir. Yəni, 13 yaşlı orta çəkili bir qız üçün çanta maksimum 4,5–5 kq olmalıdır. 7 kq artıq yük hesab olunur və təhlükəlidir. Bu vəziyyət təkcə valideynlərin yox, məktəblərin və təhsil siyasətini müəyyən edən qurumların da diqqətində olmalıdır. Kitab və dəftərlərin sayının azaldılması, elektron resursların tətbiqi, məktəbdə şəxsi dolab sistemlərinin yaradılması kimi sadə addımlar uşaqların sağlamlığını qorumağa ciddi töhfə verə bilər. Mehriban Zeynalova Təmiz Dünya Qadinlara Yardim Ictimai Birliyinin sədri Teref