"Bloomberg": Aİ ölkələri İrana Hörmüz boğazından keçid haqqı ödənişlərin qaçılmazlığını qəbul edir

Bu gün, 08:44           
"Bloomberg": Aİ ölkələri İrana Hörmüz boğazından keçid haqqı ödənişlərin qaçılmazlığını qəbul edir
Avropa İttifaqının aparıcı ölkələri Hörmüz boğazından keçən tankerlər üçün İran və Omana ödənişlərin qaçılmaz olduğunu faktiki olaraq qəbul ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .

Agentlik diplomatik mənbələrə istinadən bildirib ki, bir sıra aparıcı Avropa ölkələri artıq Hörmüz boğazından keçən gəmilərin İran və Omana rüsum ödəməli olacağını etiraf edirlər.

Qeyd olunub ki, bu mövqe avropalılar tərəfindən hələ rəsmi olaraq elan edilməyib, çünki ABŞ hələ də Hörmüz boğazından sərbəst keçid üçün danışıqlar aparmağa çalışır və Avropa ölkələri boğazın minalardan təmizlənməsində iştirak etməyə hazır olduqlarını şifahi şəkildə bildirirlər.

Avropada hansı ödənişlərin məqbul sayıldığı hələlik məlum deyil, lakin ödəniş ideyası artıq qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru