Azəriqaz İB-də “beynəlxalq standartlar” - Bəs bu “beynəlxalq standartlara” görə, bir xadimə məzuniyyətə çıxarsa, idarənin sanitar qovşaqlarını kim təmizləyəcək?

17-10-2025, 07:09           
Azəriqaz İB-də “beynəlxalq standartlar” - Bəs bu “beynəlxalq standartlara” görə, bir xadimə məzuniyyətə çıxarsa, idarənin sanitar qovşaqlarını kim təmizləyəcək?
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR Azəriqaz İB-də baş verən qanunsuzluqlardan aşağıdaki fikirlərini yazır. Teref.net Mirvari xanımın yazısını təqfim edir:
"Cəzasızlar!
Bəs bu “beynəlxalq standartlara” görə, bir xadimə məzuniyyətə çıxarsa, idarənin sanitar qovşaqlarını kim təmizləyəcək? Mühəndislərmi, çilingərlərmi, yoxsa rəhbərlik özü?
SOCAR Azəriqaz İB -nin rayon qaz xidmət sahələrində istehsalat otaqlarını təmizləyən əməkdaşların (yəni sadə dildə desək, xadimə və süpürgəçilərin) ştat cədvəli üzrə sayı 2 ştatdan 1 ştata endirilib. Bununla da təxminən 80 nəfərin ixtisarı gözlənilir.
Maraqlıdır, “Azəriqaz” İB rəhbərliyi dəfələrlə bildirib ki, ştat cədvəli beynəlxalq standartlara əsasən tərtib və təsdiq edilir. Bəs bu “beynəlxalq standartlara” görə, bir xadimə məzuniyyətə çıxarsa, idarənin sanitar qovşaqlarını kim təmizləyəcək? Mühəndislərmi, çilingərlərmi, yoxsa rəhbərlik özü?
Necə olur ki, bir müşavir məzuniyyətə çıxanda onun əvəzinə 2-3 müşavir əvəzedici olur, amma xadimə işçisi üçün belə imkan yaradılmır? Ədalət prinsipinin qorunması üçün bu məsələyə obyektiv yanaşmaq zəruridir.
Qeyd: Hələlik bəndə cəzasından yayina bilirsiniz,bəs Allah cəzasından necə,yayına biləcəksiniz?"
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru