Qazaxda sərxoş məmurların törətdiyi qəza ilə bağlı nələr gizlədilir? – VİDEO

7-02-2026, 08:24           
Qazaxda sərxoş məmurların törətdiyi qəza ilə bağlı nələr gizlədilir? – VİDEO
Xəbər verdiyimiz kimi, yanvarın 30-u gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İcra Hakimiyyətindən mediaya verilən məlumata görə, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.

Fotoda Süleyman Axundov

Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. İcra hakimiyyətinin iddiasına görə, araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhvə yol verdiyini etiraf edib. Onun öz ərizəsi əsasında 30 yanvar 2026-cı il tarixində tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Hadisə ilə bağlı ‘Azərbaycan 24”ə daxil olan məlumatda isə bildirilir ki, əslində hadisə tamamilə başqa cür olub. Belə ki, hadisədəki avtomobilin icra hakimiyyətinin sabiq əməkdaşı, hazırda Qazax RMX-da işləyən Məmmədov Hacıalı Ramiz oğluna məxsus olduğu, qəza vaxtı isə maşını Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun idarə etdiyi iddia olunur.

Fotoda Hacıalı Məmmədov

Mənbə israrla iddia edir ki, Səməd Seyidovun köməkçisi də daxil avtomobildəki hər kəs sərxoş olub və hadisədən sonra Akif Əmirovla bağlı fakt mediadan və hüquq-mühafizə orqanlarından gizlədilib.

Fotolarda Akif Əmirov
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru