GÖY KASKALI QULLAR ÇÖLƏ ATILAN PULLAR
9-02-2026, 16:55

Mən bonus ödənişinin əleyhinə deyiləm ancaq iş funksiyasını layiqincə icra etməyən neft hasilatını dəfələrlə aşağı salan idarənin imicini qara qəpiklik edən xüsusən vəzifəsinin əvvəlində BAŞ yazılan və onun törəməsi olan Hasilat şöbəsinin minlərlə manat bonus alması həm hüquq həm də ədalət prinsiplərinə ziddir.
Qeyd edim ki bu cür yanaşma dövlət üçün maddi və iqtisadi fəsadlara səbəb olur və birbaşa dövlət büdcəsinə zərər vurur.NQÇİ də hasilatın azalması Socarın mənfəətini də azaldır eyni zamanda da dövlət büdcəsinə ödənilən vergilərin də həcmi aşağı düşür.Bu şəraitdə idarədə heçbir perspektivə imza atmayanların bonusla mükafatlanması effektivliyə əsaslanmadan dövlət vəsaitinin boşa xərclənməsidir və mekafat adı altında əsassız xərclər yaratmış olur ki bu da əlavə maliyyə itkisi hesab olunur.
Bonus real hasilat göstəricilərinə,texniki-iqtisadi nəticələrə, plan tapşırıqlarının yerinə yetirilməsinə əsaslanmadan verilirsə idarəetmədə məsuliyyətsizlik formalaşdırır və zəif rəhbərliyin “mükafatlandırılması” presedenti yaranır ki bu da uzun müddət ərzində hasilatın yüksəlmədən enməsinə səbəb olur.
Bu hal eyni zamanda Socarın imicinə zərər vurur və aşağı təbəqədən işçilər arasında yuxarı təbəqəyə qarşı ədalətsizlik hissinin yaranmasına və nifrətin artmasına gətirib çıxarır və bu cür yanaşma idarəetmə prinsiplərinə ziddir.
Bu cür münasibət hüquqi baxımdan “Dövlət əmlakının idarə edilməsi haqqında” qanuna ziddir.Həmin qanuna əsasən vəsaitin səmərəlilik, nəticəlilik, məqsədəuyğunluq prinsipləri pozularsa, bu qanun pozuntusu sayılır.
Bu eyni zamanda da SOCAR-ın daxili normativ aktları Korporativ idarəetmə kodeksi,Əmək haqqı və bonus siyasəti,performansa əsaslanan qiymətləndirmə mexanizmlərinə ziddir.Çünkü bonus yalnız konkret göstəricilərə, plan tapşırıqlarının icrasına, istehsal artımına əsaslanmalıdır. Əks halda daxili nizamnamə pozuntusu yaranır.Bizim idarə isə bizim BAŞ lar sayəsinə batıb gedir.
Sonda qısaca deyim ki NQÇİ-də neft hasilatını aşağı salan, idarənin imicinə xələl gətirən rəhbər şəxslərə bonus ödənişi Dövlət vəsaitinin səmərəsiz xərclənməsi SOCAR daxili qaydalarının pozulması kimi qiymətləndirilir.Mən oxuduqlarım və hazırda müşahidə etdiklərimdən belə nəticə çıxardım əksini iddia edən varsa yazsın bilək.
Zamiq Eliyev
TEREF

