Ölkəmiz ABŞ ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək

11-02-2026, 10:34           
Ölkəmiz ABŞ ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və ABŞ hökumətləri iqtisadi artımı gücləndirmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığa başlayır.
TEREF AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya"da da öz əksini tapıb.

Sənəd çərçivəsində tərəflər AI tərəfdaşlıqlarının inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri təşviq etməyi planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq ölkədə texnoloji istedadların inkişafını və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsini dəstəkləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru