Konqresmenlər "Epşteyn işi"ndə Tramp haqda şok faktlar səsləndirirlər.

12-02-2026, 10:24           
Konqresmenlər "Epşteyn işi"ndə Tramp haqda şok faktlar səsləndirirlər.
Bu dəqiqələrdə ABŞ cəmiyyətinin diqqəti Nümayəndələr Palatasında keçirilən iclasdadır. Baş Prokuror Pem Bondi "Epşteyn işi"lə bağlı sorğu-suala dəvət olunub və son dərəcədə gərgin anlar yaşanır.
Konqresmen Ted Lyu:"Donald Trampı müzakirə etmək istəyirəm. O, Epşteyn sənədlərində hər yerdədir. Videoya baxın(Ted Lyu iclas zamanı Tramp və Epşteynin birlikdə gülüb-danışdıqları, rəqs etdikləri və qızlara baxdıqları görüntüləri göstərdi). Şahzadə Endryu kimi, Donald Tramp da Ceffri Epşteynin müxtəlif məclislərində iştirak edib. Bilmək istəyirəm: Trampın Epşteynin iştirak etdiyi həmin və ya digər məclislərində azyaşlı qızlar olubmu?"
Baş Prokuror Bondi:"Bu tamamilə gülməlidir və onlar(demokratlar) Donald Trampın gördüyü bütün yaxşı işlərdən diqqəti yayındırmağa çalışırlar. Donald Trampın hər hansı cinayət törətdiyinə dair heç bir sübut yoxdur! Bunu hamı bilir. Bu, ən şəffaf prezidentlik olub. Məhz Tramp həmin sənədlərin açıqlanmasını istəyib".
Konqresmen Ted Lyu:"Mən indi FTB-nin(FBİ) Milli Təhdid Əməliyyatları Mərkəzinə zəng etmiş bir şahidin sənədini təqdim edəcəyəm, çünki hesab edirəm ki, siz indicə and altında yalan danışdınız. Epşteyn sənədlərində kifayət qədər sübut var".
Baş Prokuror Bondi:"Məni heç vaxt cinayətdə ittiham etməyin!"
Konqresmen Ted Lyu:"Mən hesab edirəm ki, siz and altında yalan danışdınız və bu, hamısı videoya çəkilib. Siz dediniz ki, cinayətə dair heç bir sübut yoxdur. Mən isə sizə göstərirəm. Budur bir şahidin ifadəsi. O, Donald Trampı limuzinlə aparırdı. O, Donald Trampın telefonla Ceffriyə dediklərini eşidib. O qədər qəzəblənmişdi ki, limuzini saxlayıb Trampı döymək istəyirdi. Və o, Donald Tramp və Ceffri Epşteyn tərəfindən zorlandığını deyən bir qızla da görüşüb. Sonradan həmin qızın cəsədi beyninə güllə ilə vurulmuş halda tapılıb və hadisə yerindəki əməkdaşlar bunun intihar olmadığını deyiblər. Ədliyyə Nazirliyində heç kim bu şahidi dindirməyib. Siz bu şahidi dərhal dindirməlisiniz. Epşteyn cəhənnəmdə çürüməlidir! Utanın! Əgər zərrə qədər vicdanınız varsa, bu dinləmə bitən kimi istefa verməlisiniz".
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru