ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb.

12-02-2026, 08:18           
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb.
EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540 min barel təşkil edəcək. Ötən il bu rəqəm 570 min barel olub ki, bu da müqayisədə 30 min barel və ya 5,3 % azdır.
Neft hasilatı hər il azalır, yaxın illərdə illik orta qiymət də 55-60 dollar civarında olcaq. Ölkəmiz üçün ciddi problemlər, çağırışlar yaranır, hökumət isə problemləri görsə də, həll etməyə tələsmir.
İqtisadiyyatda inkişaf, rifahın artması üçün idarəetmə və məhkəmə islahatları lazımdır – hökuməti çəkindirən də məhz budur. Hökumət idarəetmə və məhkəmə ilə bağlı mövcud sistemə toxunmaq istəmir, amma və lakin, əsas problemi, səbəbi aradan qaldırmasan, nəticə də dəyişməyəcək...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru