İnsanlar ölülələrini dəfn etməyə yer ala bilmir - qəbir biznesi

14-02-2026, 11:18           
İnsanlar ölülələrini dəfn etməyə yer ala bilmir - qəbir biznesi
Son zamanlar qəribə biznes forması yaranıb: bəzi şəxslər qəbiristanlıqda boş torpaq sahəsi alırlar və bir müddət sonra onu daha yüksək qiymətə satmağa başlayırlar. Ehtiyacı olan isə məcbur olur ki, həmin torpağı alıb yaxınını dəfn etsin.

Sumqayıt qəbiristanlığında da vətəndaşlardan öz yaxınına torpaq sahəsi alarkən çox yüksək qiymətlər tələb olunub.

"Bir ay əvvəl 2 000 manata torpaq aldım. Kasıb oğlanam. 2 000 manata torpaq olar? Nəyə görə? Hansı əsasla? Anam rəhmətə getdi, dəfn etməli deyiləm? Bir ay keçdi. Qonşu dünyasını dəyişdi, 3 500 dedilər. Yəni bu, açıq bir biznesdir. İnsan ölməyə də qorxur. Ölsəm, məni kim basdıracaq?", - deyə vətəndaş Baku TV-yə bildirib.

Məsələ ilə bağlı Sumqayıt bələdiyyəsindən bildirilib ki, şəhər qəbiristanlığı ərazisində hər hansı vətəndaşın qanunsuz torpaq zəbt etməsi və həmin sahələri açıq şəkildə satışa çıxarması araşdırılacaq.

Qeyd olunan faktlar öz təsdiqini taparsa, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcək və qanunvericiliyə uyğun hüquqi tədbirlərin görülməsi təmin olunacaq. Sumqayıt bələdiyyəsi vətəndaşları bu kimi hallarla rastlaşdıqda rəsmi qurumlara müraciət etməyə çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru