İcra başçısı köməkçisini işdən çıxarıb şəhərə “mer” təyin etdi - FOTO

16-02-2026, 12:22           
İcra başçısı köməkçisini işdən çıxarıb şəhərə “mer” təyin etdi - FOTO
Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və baş memarı vəzifədən azad edib.

İqtisadiyyat.az-ın ələd etdiyi məlumata görə, bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb.

Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi təyin edilib.

Başqa əmrlə Şahin Aslanov isə Memarlıq-tikinti məsələləri sektorunun müdiri, Sosial-İqtisadi və Memarlıq-Tİkinti Məsələləri şöbəsinin müdir müavini, baş memar vəzifələrindən çıxarılıb.

Eyni zamanda Tural Rəhimov isə Hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin olunub.

Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən Quba RİH-də çalışır.

Fotoda Rüstəm Məmmədov













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru