“Azercell”in “Akart”ında nöqsanlar aşkarlanıb

17-02-2026, 00:10           
“Azercell”in “Akart”ında nöqsanlar aşkarlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə icrası məcburi göstərişlər verib.

XALQ xəbər verir ki, şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə dair mübarizə, habelə informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 may 2024-cü il tarixli EPT-001 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı “Azercell Telekom” MMC-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru