Bakı-Şamaxı şosesi üzərindəki meşə zolağı niyə hasarlanıb? - Cavan ağaclar təhlükədə - VİDEO
5-03-2026, 15:44

Abşeron rayonu, Bakı-Şamaxı şosesi üzərində yerləşən ərazidə meşə zolağının bir hissəsi hasarlanıb.
Bizimesr.az-a göndərilən videogörüntülərdən görünür ki, bu ərazidə səliqə ilə əkilmiş, hətta cavan ağaclar mövcuddur və ağacların sıxlığı burada hər hansı obyektin tikintisini labüd edir.
Amma ərazinin boydan-boya hasarlanması suallar doğurur. Əgər burda park salınacaqsa, niyə ərazi hasarlanmalıdır? Daş hasarların arxasında park olmur.
Hazırkı vəziyyət göstərir ki, sahə məqsədli şəkildə gələcəkdə hansısa işlər üçün hazırlanır və ağacların məhv edilməsi ehtimalı böyükdür. Əks halda belə bir ərazinin hasarlanmasına heç bir məntiqi əsas tapmaq mümkün deyil.
Ölkədə, eləcə də Abçeron rayonunda hər il milyonlarla manat vəsait ağac əkməyə sərf olunur. Dövlət ağac əkilməsi, gələcəyimizin oksigen təminatı üçün vəsait xərcləyir, ağaclar əkir. Amma bu ərazidə hansısa işbazların səyi nəticəsində bu gənc ağacların taleyi sual altındadır.
Kimdir bu ərazini hasarlayan şəxs?
Burada nə tikiləcək?
Həmçinin, bu qədər ağacın məhv edilməsinə görə kim məsuliyyət daşıyacaq?
Mövzu ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar faktı araşdırmalı və nəticələr barədə ictimaiyyətə məlumat verməlidir.
Qeyd edək ki, hazırda həmin ərazidə hansı obyektin tikiləcəyi, torpağın təyinatının dəyişdirilib-dəyişdirilmədiyi və tikinti üçün rəsmi icazənin olub-olmadığı barədə hər hansı açıqlama yoxdur. Ərazidəki cavan ağacları ilə yəqin ki, çərşənbə tonqalları gözləyir...
@bizimesr.az Abşeron rayonu, Bakı-Şamaxı şosesi üzərində yerləşən ərazidə meşə zolağının bir hissəsi hasarlanıb. Bizimesr.az-a göndərilən videogörüntülərdən görünür ki, bu ərazidə səliqə ilə əkilmiş, hətta cavan ağaclar mövcuddur və ağacların sıxlığı burada hər hansı obyektin tikintisini labüd edir. Amma ərazinin boydan-boya hasarlanması suallar doğurur. Əgər burda park salınacaqsa, niyə ərazi hasarlanmalıdır? Daş hasarların arxasında park olmur. Hazırkı vəziyyət göstərir ki, sahə məqsədli şəkildə gələcəkdə hansısa işlər üçün hazırlanır və ağacların məhv edilməsi ehtimalı böyükdür. Əks halda belə bir ərazinin hasarlanmasına heç bir məntiqi əsas tapmaq mümkün deyil. Ölkədə, eləcə də Abçeron rayonunda hər il milyonlarla manat vəsait ağac əkməyə sərf olunur. Dövlət ağac əkilməsi, gələcəyimizin oksigen təminatı üçün vəsait xərcləyir, ağaclar əkir. Amma bu ərazidə hansısa işbazların səyi nəticəsində bu gənc ağacların taleyi sual altındadır. Kimdir bu ərazini hasarlayan şəxs? Burada nə tikiləcək? Həmçinin, bu qədər ağacın məhv edilməsinə görə kim məsuliyyət daşıyacaq? Mövzu ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar faktı araşdırmalı və nəticələr barədə ictimaiyyətə məlumat verməlidir. Qeyd edək ki, hazırda həmin ərazidə hansı obyektin tikiləcəyi, torpağın təyinatının dəyişdirilib-dəyişdirilmədiyi və tikinti üçün rəsmi icazənin olub-olmadığı barədə hər hansı açıqlama yoxdur. Ərazidəki cavan ağacları ilə yəqin ki, çərşənbə tonqalları gözləyir... Bizimesr.az #abşeron #ağac ♬ Curb Your Enthusiasm - Main Theme - Geek Music

