NATO İrana qarşı döyüşəcək? - Türkiyə və Yunanıstana hücuma necə cavab veriləcək? - VİDEO

6-03-2026, 09:21           
NATO İrana qarşı döyüşəcək? -
"Baş verən hadisədə olduğu kimi, NATO-dakı müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq hər cür tədbir görürük və dərhal lazımi müdaxiləni edirik. Oxşar hadisələrin bir daha baş verməməsi üçün ən aydın şəkildə xəbərdarlıq edirik". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri Türkiyəyə doğru istiqamətlənən və NATO Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən İran raketindən sonra verilən reaksiya idi.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.


Bundan bir neçə gün əvvəl isə Yunanıstan Kiprindəki Britaniya hərbi hava bazasına pilotsuz təyyarə hücumunun olduğu bildirilmişdi. Ona görə də Fransa və Böyük Britaniya Aralıq dənizi bölgəsinə hərbi gəmilərini göndərib.

"Qeyri-sabit vəziyyət və qarşıdakı günlərin qeyri-müəyyənliyi ilə qarşılaşırıq. Mən "Şarl de Qoll" aviadaşıyıcısının, onun hava aktivlərinin və freqat müşayiət gəmisinin Aralıq dənizinə göndərilməsini əmr etdim", - bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

Nəzərə alsaq ki, Türkiyə və Yunanıstan NATO üzvüdür və hər ikisi İranın raket və ya dron təhlükəsi ilə üzləşib, deməli, hərbi alyans İrana qarşı tədbirləri nəzərdən keçirəcək. Çünki NATO-nun 5-ci maddəsinə əsasən, üzv ölkələrdən hansısa biri hücuma məruz qalarsa, buna kollektiv cavab verilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru