İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı - FOTO

6-03-2026, 08:31           
İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı - FOTO
Sosial şəbəkələrdə yayılan bəzi paylaşımlar reallığı əks etdirmir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa yönəlmişdir
Baku TV hadisə yerindən eksklüziv görüntülər təqdim edib. Həmin görüntülərdə aydın şəkildə görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində çalışır və Naxçıvan istiqamətinə atıldığı bildirilən dronun qalıqlarını toplayırlar. Qalıqlar Azərbaycan istehsalı olan kisələrə yerləşdirilir.
TEREF yazır ki, bu Baku TV-nin bəyanatında deyilir.
Lakin bəzi sosial şəbəkə istifadəçiləri həmin kisələrin üzərindəki yazıları kontekstdən çıxararaq təhrif edir və manipulyativ şəkildə təqdim edirlər. Bu isə ictimaiyyət arasında qəsdən yanlış fikir formalaşdırmağa yönəlmiş cəhdlərdir.
Qeyd edirik ki, bu tip saxta, böhtan və şər xarakterli paylaşımlar əsasən İranpərəst və ermənipərəst qüvvələr tərəfindən yayılır və Azərbaycan dövlətinə qarşı təxribat xarakterli rəy yaratmağa hesablanmış informasiya manipulyasiyasıdır. Məqsəd İranın namərd hücumunu təhrif olunmuş informasiya küyü fonunda ört-basdır etməkdir.
TEREF

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru