Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib - KİV

12-04-2026, 09:28           
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib - KİV
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İran nümayəndə heyəti ilə nəticəsiz başa çatan danışıqlardan sonra Pakistandan ayrılıb.

"Report"un məlumatına görə, bu barədə vitse-prezidentin mətbuat xidməti məlumat yayıb.

"Flight Radar" servisinin məlumatına əsasən, "İki nömrəli bort" Pakistanın hava məkanını Tacikistan üzərindən tərk edib.

Bundan əvvəl Vens bəyan etmişdi ki, Vaşinqton və Tehran İslamabadda keçirilən danışıqların yekununda razılığa gələ bilməyib.

"İranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, biz razılığa nail ola bilmədik... Bizə onların nüvə silahı yaratmağa çalışmayacaqlarına və onlara tez bir zamanda nüvə silahı yaratmağa imkan verəcək vasitələri əldə etmək cəhdlərindən çəkinəcəklərinə dair qəti zəmanət lazımdır. Sual ondan ibarətdir: biz onların təkcə indi və ya iki ildən sonra deyil, uzunmüddətli perspektivdə nüvə silahı hazırlamamağa hazır olduqlarını görürükmü? Biz bunu görmədik və hələ də görməyə ümid edirik", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru