Lökbatanda qanunsuz mansar artımına hansı məmur icazə verib?

13-04-2026, 00:02           
Lökbatanda qanunsuz mansar artımına hansı məmur icazə verib?
Qaradağ rayonu ərazisində, xüsusilə Lökbatan ərazisində qanunsuz olduğu iddia edilən tikinti işlərinin sayının artdığı bildirilir.

XALQ bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara baxmayaraq, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

Daxil olan növbəti məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində Müsəvi küçəsində yerləşən ikimərtəbəli pbyektə əlavə mansar mərtəbəsinin inşa edildiyi iddia olunur.

Bildirilir ki, sözügedən bina tanınmış iş adamına məxsusdur və həyata keçirilən tikinti işləri üçün rəsmi icazə sənədləri mövcud deyil. İddialara görə Qaradağ rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsi ilə razılaşma əsasında aparıldığı bildirilir.

İddialarla bağlı rayon icra hakimiyyətinə ünvanlanan sorğular cavabsız qalıb. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən də məsələ ilə bağlı hələlik hər hansı rəsmi mövqe açıqlanmayıb.

Qeyd edək ki, son dövrlər Qaradağ rayonu ərazisində, xüsusilə Lökbatan ərazisində qanunszu tikintilərini sayı artmaqdadır . Həmçininbəzi tikintilərdə layihədənkənar dəyişikliklərlə bağlı iddialar intensivləşib. Mütəxəssislər bu cür halların həm şəhərsalma normalarının pozulmasına, həm də təhlükəsizlik risklərinə səbəb ola biləcəyini vurğulayırlar.

Məsələ ilə aidiyyatı qurumların fikirlərinidə dərc etməyə hazırıq













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru