Abşeron Gənclər Şəhərciyinin sakinlərin müraciətləri həll olunmur….

13-04-2026, 11:08           
Abşeron Gənclər Şəhərciyinin sakinlərin müraciətləri həll olunmur….
Xırdalanda, Abşeron Gənclər Şəhərciyində yerləşən 11 mərtəbəli binanın lifti günlərdir ki, işləmir.

XALQ -ın məlumatına görə, mövcud vəziyyət bina sakinlərinin gündəlik həyat şəraitini çətinləşdirib.

Sakinlərin sözlərinə görə, bu, ilk deyil, binanın lifti tez-tez sıradan çıxır. Komendant isə onlara sakinlərin borcunun olması səbəbindən liftin işləmədiyini deyir.

Binada yaşayan 55 ailə problemin qısa zamanda həll olunmasını istəyir.

Məsələ ilə bağlı binanın aid olduğu MTK ilə əlaqə saxladıq. Problemin nədən qaynaqlandığı deyilmədi. Lakin bildirildi ki, yaxın zamanda liftin ehtiyat hissləri alınacaq və məsələ həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru