Bu artıq tək bir insanın faciəsi deyil. Bu — sistemin, nəzarətin və ədalətin imtahanıdır. VİDEO
14-04-2026, 12:18

Ey mənim gözəl izləyicilərim.Xatırlayırsınız? 2 ildir biz bir tamaşaya baxırdıq. “Gülə-gülə kullan” deyib insan həyatını oyuncağa çevirən saxta həkim Ülviyyə İlyasova…Öz qaynı arvadını salon şəraitində əməliyyat edib ölümünə səbəb olmuşdu. Bu cinayətin üstünü örtməkdə isə bəzən media belə rol oynayırdı. ARB kanalinin cinayeti ört basdır etmək üçün yayımladığı verlişi xatırlatmaq yerinə düşür. Bu gün isə pərdə qapandı.Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ülviyyə İlyasova 3 il 9 ay azadlıqdan məhrum edildi. Amnistiya ilə cəzası 6 ay azaldıldı. Zərərçəkmiş tərəfə isə ümumilikdə 72 min 516 manat təzminat ödənilməsi qərara alındı. Ən önəmlisi o, məhkəmə zalında həbs olundu. Xatırladaq: Səbirə Vəliyeva həkim olmayan insan tərəfindən əməliyyat olunmuş, liposaksiya əməliyyatından sonra, həkim nəzarətindən kənarda saxlanıldığı üçün kəskin qanaxmadan həyatını itirmişdi. Və bu hələ son deyil…Ülviyyə İlyasova haqqında qanunsuz tibbi fəaliyyət və digər zərərçəkmişlərlə bağlı əlavə cinayət işləri də davam edir. Çünki o ölüm faktından sonra da saxta həkimliyə davam edirmiş…
Bu artıq tək bir insanın faciəsi deyil. Bu — sistemin, nəzarətin və ədalətin imtahanıdır. Bu cinayətin üstünün açılmasında əməyi olanlara Prezident Administrasiyasına, Azərbaycan mətbuatına və hüquq-mühafizə orqanlarına təşəkkür edirəm.Amma bu, son deyil.Növbə Gəncədə VMR Estetik klinikasında həkim olmayan bir şəxs tərəfindən əməliyyat olunaraq həyatını itirən Gülbəniz Bayramovanın işinədir.Ədalət yarımçıq qalanda, vicdan da susmur. Bu dəfə də həqiqət sona qədər getməlidir.
P.S.
Bu mövzunu araşdıranda Vüqar doktor, Dilqəm doktor və Adil doktor söz vermişdilər ki, saxta həkimlərə qarşı mübarizə aparacaqlar.Amma real addım görmədim.Əksinə, bəzi hallarda bu “əməliyyatların” fəsadlarını ört-basdır edən yanaşmalarla qarşılaşdım. Hətta əllərinə qılınc alıb real həkimlərə hücum çəkdilər. Bir həkim dəstəyimə gəldi @dr.tural_mirzayev727 Tural doktor, təşəkkür edirəm.Bəzən bir nəfərin səsi kifayətdir ki, digərlərinin susqunluğu aydın görünsün.
Ganira Atash

