Dünyanın ən istedadlı adamı : Bir əldə 7 qarpız tutmağı bacaran "deputat"
Bu gün, 16:08
Naxçıvan Ali Məclisinin bir əlqaldıranı (deputat deməyə dilim gəlmir) var – Əziz Qasımov. O, bir əldə 7 qarpız tutan nadir istedadlardan sayılır. Belə ki, həm 1. Ali Məclisin deputatıdır” həm Ali Məslisdə 2. Komitə sədrinin müavinidir; həm Naxçıvan Dövlət Universitetində 3. Həmkarlar ittifaqının komitə sədridir; həm NDU-da 4. İnsan resursları söbəsini idarə edir. (Qeyd edim ki, bu şöbə rəsmən Hüseynova Şəbnəm adlı bir xanıma həvalə edilib, amma şöbəni idarə edən şəxsin Əziz Qasımov olduğu bildirilir); həm NDU-da 5. Ümumi hüquq kafedrasının müəllimidir; həm 6. NDU nəzdində olan İngilis təmayüllü məktəbin idarəçiliyi qeyri-resmi qaydada ona həvalə olunub. İddialara görə, Əziz müəllimə 7-ci vəzifə də verilib-mənə və digər Naxçıvan Dərəbəyliyindən yazan jurnalistlərə qarşı qara təbliğat kampaniyası aparmaq vəzifəsi. Əziz müəllimə və “Tendersatan” Ceyhun əfəndiyə Aşiq Ələsgərin bir sözünü xatırlatmaq istərdim: “Əl atma qüdrətin çatmayan daşa, Qaldıra bilməzsən zora düşərsən". Heydər Oğuz TEREF