Dini radikalimin qurbanları - Borcu qaytarmadığına görə əllərini kəsdilər
Bu gün, 17:48

Cənubdan, İran tərəfdən Azərbaycana yeridilən radikal şiə cərəyanları ekstremizmi və fəsadları barədə çox yazırıq və çox da deyirik. Şimaldan, Rusiya tərəfdən isə, ölkəmizə yeridilən, radikal sünni vahabi ekstremizmi barəsində elə də yox. Bu qeyri-obyektivliyimiz isə, öz fəsadlarını verir.
Şəkildə görünən dəhşətli hal da Azərbaycanda yuva salmış, vahabi ekstremist dini qruplaşma yuvasının törətdiyi çox acı ağır faciəvi fəsaddır.
Bir neçə il əvvəl, Zaqatala rayonunda yaşayan 26 yaşlı Vüsal Bəşirov rayondakı həmin radikal vahabi ekstremist qrup tərəfdən tələyə salınır. Ona, maddi çətin anından istifadə edərək borc pul verilir, cəmi 1350 manat. Sonra tələb edilir ki, vahabi tələbi qanun və qaydalarını icra etsin.
Vüsal bunu etməyə, namaza başlayır və sonra isə görür ki, bu bir mafiya formatlı, çox qəddar təşkilatdır. Çıxır gedir Rusiyaya, qazanıb həmin borclarını qaytarsın bunların. Qayıdış bir qədər gecikir. Radikal dəstə Vüsalın atasını qorxudur, o da kasıb adam, borcu üzərinə götürüb, yaxın vaxtda, borc-xərc edərək, ödəyəcıyinı söz verir.
Bu arada, Rusiyada iş görüb, qazana bilməyən Vüsal atasının bu borcu ödəyəcəyini boynuna götürüb vahabilərlə razılaşdığı blib, Rusiyadan geri qayıdır. Qayıdan kimi, həmyerlisi vahabilər Rəşad Tahirov və Araz Musayev onu tutub da, borcunu vaxtında ödəyə bilmədiyinə görə onu şəriət qaydalarına görə oğurluq edən sayırlar.
Onu "Quranın hökmlərinə uyğun olaraq, şəriət qaydası ilə balta ilə cəzalandırıblar!!" Quranın hökmünü əsas tutub, bilək nahiyədən əllərini k@sməklə cəzalandıraraq ömürlük əlil edirlər.
Və kəsilmiş, qan aparan halda çöldə qoyub da gedirlər. Vüsal o an yalvarır ki, öldürün, amma, məni əlil etməyin, Vüsalın atası yazıq, danışır. Deyir ki, oğlumun şalvarı, paltarını mən özüm geyindirirəm. Və məlumata görə, Azərbaycan hüquq orqanları sərt cəza verib, həmin qrupa.
Hər borc verdiyini tutub özbaşına, şəriət deyə qollarını kəssən, ölkə qolsuz insanlarla dolar! Böyük bəladır, orta əsr vəhşiliyini müasir günə tətbiq edən fanatik dini ekstremizm. Qarşısını tək dövlət orqanları deyil, cəmiyyət dəstəyi ilə almaq mümkündür yalnız. Və çox da sərtliklə!
P. S.
Qeyd. Vahabi müdafiəçiləri yazırlar ki, məsələ namus üstə olub. Yalandır, çünki, namus üstə şəriətdə baş kəsilir, borc, pul üstə qollar kəsilir. Məhkəmədə də, öz etirafları ilə təsdiq olunub!
https://news.day.az/society/724869.html

