Vaşinqton meri 28 mayı ABŞ paytaxtında Azərbaycanın Müstəqillik Günü elan edib - FOTO

29-05-2026, 08:44           
Vaşinqton meri 28 mayı ABŞ paytaxtında Azərbaycanın Müstəqillik Günü elan edib - FOTO
ABŞ-nin paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü ilə bağlı 2026-ci il mayın 28-ni Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

Moderator.az xəbər verir ki, bəyannamədə 2026-ci ildə həm də Azərbaycanda müstəqilliyin bərpasından 35 il keçdiyi bildirilir.

"Azərbaycan Demokratik Respublikası uzaqgörən inzibati islahatlar həyata keçirərək etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və ya cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün tam vətəndaşlıq və siyasi hüquqları təmin etdi. Azərbaycanın Vaşinqtondakı səfirliyi və şəhərin aktiv Azərbaycan icması şəhərimizin mədəni, təhsil və iqtisadi quruluşunun ayrılmaz hissəsidir",- deyə bəyannamədə qeyd olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru