Monqollar Gəncəni necə dağıdıb

Dünən, 11:04           
Monqollar Gəncəni necə dağıdıb
Arxivimdə 1989-cu ildə çapdan çıxmış “Azərbaycan tarixi üzrə qaynaqlar” adlı bir kitab saxlanılır. Kitabın müəllifləri APİ-nin Azərbaycan tarixi kafedrası: tarix elmləri doktoru, prof Y.Yusifov, S.Əliyarov, F. Mahmudov və digər elm adamlarıdır.
Kitabda monqol qoşunlarının Gəncə şəhərini necə dağıtdıqları haqqında verilmiş məlumatları sizin də diqqətinizə çatdırmaq istədim.
Monqol qoşunları Çormaqun noyonun başçılığı ilə, Xorosana və ətraf vilayətlərə hakim olan Cəlaləddinə qarşı çıxış edərək, onu əzib qoşunu ilə bir yerdə qovdular. (Bu döyüşdən sonra Xarəzmşah Əlaəddin Məhəmməd öldürülmüş, əslində Xarəzmşahlar dövləti süqut etmişdir.)
Onlar getdikcə farsların bütün ölkəsini Atrpnatakanı, Deyləmi dağıtdılar, qarşılarında bir maneə qalmasın deyə, hamısını bir-bir yağma etdilər.
Xorasan və İraqı tutduqdan sonra, monqollar 1221-ci ilin yanvarında, qışın oğlan çağında 30 minlik qoşunla Azərbaycana soxulmuş. Təbrizdə atabəy Özbəkdən pul təzminatı aldıqdan və bura pənah gətirmiş xarəzmli döyüşçü qarnizonunu atabəyin iştirakı ilə qılıncdan keçirdikdən sonra. Muğana və Arrana keçib.
... Budur onlar özlərinin bütün əmlakı və qoşunları ilə gəlib Aqvank ölkəsinə və varlı, bərəkətli. Hər cür nemət- su, ağac, meyvə, ov ilə dolu olan Muğan düzənliyinə çatdılar: burada yerləşərək çadırlarını qurdular.
Gəncə şəhərinin dağıdılması
Birdən-birə tatar qoşunları şəhərə basqın etdi. Onlar şəhəri hər tərəfdən mühasirəyə aldılar. Onlar döyüşə başladıqda çoxlu maşınlardan istifadə edirdilər. (Monqollar Çin üzərinə yürüşdə olarkən oradakı qalalara daş atıb dağıdan qurğu texnikası ilə tanış olmuş, sonrakı qərb yürüşlərində, o sıradan Azərbaycanda ondan şəhərlərin alınmasında istifadə etmişlər). Hər şeydən əvvəl şəhər ətrafında salınmış üzümlükləri məhv etdilər. Sonra pilikvanlar vasitəsilə şəhər divarları hər yandan uçuruldu. Ancaq yağılardan heç kəs şəhərə girmədi. Onlar bir həftə ərzində yaraq altında şəhəri mühasirədə saxladılar. Əhali şəhərin yağıların əlinə keçdiyini gördükdə, hər kəs öz evinə qapanıb, özləri ilə birlikdə evlərini yandırdılar ki, barı yağıların əlinə düşməsinlər. Bir başqaları yandırılası nə varsa, hər şeyi yandırdılar. Özlərinə isə toxunmadılar.
Bunu görən yağılar daha çox qəzəblənərək qılınclarını işə salıb, hamını doğradılar: kişiləri də, qadınlarıl da, uşaqları da. Onlardan heç kəs canını qurtara bilmədi. Yalnız yaxşı silahlanmış, tam hazırlıqlı döyüşçülərin kiçik bir dəstəsi gecə ilə divarları bir yerdən deşib qaça bildi. Qara camaatdan da qalan bir kiçik dəstəyə monqollar işgəncələr verdilər ki, qoy qızıl, gümüş gizlədilən yeri deyib göstərsinlər. Monqollar yanıb kül olmuş evlərdə eşələnərək, əllərinə keçən varidatı toplayır, qarət edirdilər. Onlar bu işlə uzun uzadı məşğul olandan sonra, çəkilib getdilər.
Bundan sonra bir çox vilayətlərdən adamlar tökülüb, bu şəhərə gələrək, variyyat, qab-qacaq axtarırdılar.
Dörd il şəhər adamsız və dağıdılmış vəziyyətdə qalıb. Sonra onun yenidən qurulması üçün, az-az adamlar gələrək tikintiyə başlayıb, amma şəhərin divarları hələ də tikilməmiş qalıb.
Monqolların Gəncəni dağıtması 1215-ci ildə olmuşdur.
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru