Gəncə qiyamından 33 il keçdi
4-06-2026, 09:46

Niyə 69 ?!
Fotoda 1993-cü ilin 4 iyun qiyamında Surət Hüseynov tərəfdarları tərəfindən qətlə yetirilən Prezident Elçibəyin mühafizə xidmətinin rəisi, Prezident Qvardiyasının komandanı Tahir bəyi və MTN-nin xüsusi təyinatlılarını görürsüz. Onlar Azərbaycanda Konstitusion quruluşu qoruduqları üçün şəhid edildilər.
İndi isə sizlərə 1993-cü il 27 iyunda Prezident Əbülfəz Elçibəyin Azərbaycan ordusunun əsgər və zabitlərinə müraciətinin oriqinal fotosundan mətnin kiçik hisəsini təqdim edirəm:
"Əziz əsgər və zabitlər! Sizə müraciət edirəm. Bütün gücünüzü, cəsarətinizi torpaqların qorunmasına yönəldin. Heç bir hakimiyyət davası, siyasi avantüralar sizin əsgər ruhunuza təsir etməməlidir. Bir birinizə qarşı tuşlanmış silahlarınız düşmənə qarşı yönəlməlidir. Vətənin ümidi sizədir, Azərbaycan əsgəri!"
Bəzən baş vermiş hadisələrin oxşarlıqları çox olur. Siyasi hadisələrin də. 1918-1920-ci ildə oxşar hadisə Qarabağda baş vermişdi.
M.Ə.Rəsulzadə: “Qarabağda (oxu-Gəncədə .) Azərbaycan İstiqlalına qarşı qiyam baş verir, bu qiyamın başında ya vartazar durmuş, ya əliheydər, fərq etməz. Bunun adı qiyamdır, Azərbaycan İstiqlalına qarşı qiyam...”
O vaxt qiyam yatırıldı. Gəncəni qaralamayaq. Gəncə bizim qeyrət şəhərimizdir. Bu şəhər keçən əsrin əvvəlində sovet işğalına qarşı baş vermiş məşhur Gəncə üsyanı ilə də məşhurdur.
Qayıdaq 1993-cü il 4 iyun Gəncə qiyamı zamanı baş vermiş siyasi hadisələrə.
İlk növbədə Gəncə hadisələri haqqında yaradılmış komissiyanın rəyində həlak olanların üç yox, 69 nəfər göstərilməsinə. O vaxthamı başa düşdü ki, bu rəqəm elə belə seçilməyib. Bu rəqəm artıq Heydər Əliyevin gəlişinə işarə idi. bildiyiniz kimi, Heydər Əliyev hakimiyyətə 14 iyul 1969 -cu ildə gəlmişdi ...
Bir az da öz baltalarımızdan deyək. Bu hadisənin nə dərəcədə doğru olub -olmadığını deyə bilmərəm. Elçibəy “Etibar, gəl, indi sənin fərmanını imzalayım Baş Nazir vəzifəsinə…sonra gec olacaq!” deyir. Lakin Etibar Məmmədovun baş nazir postuna təyin edilməsi barədə fərmanına qol çəkmək istəyərkən H. Əliyev Elçibıyin əlindən tutaraq "müzakirə edib sabah gələrik" deyir...Etibar Məmmədov da razılaşıb "sabah gələrik" deyib gedir...O sabah, bu sabah Etibar məmmədov "hələ də gəlir..."
Mən bu gün Etibar Məmmədovun 4 iyun qiyamına siyasi və hərbi dəstək verdiyinə görə, vicdan əzabı çəkib çəkmədiyini bilmərəm…Amma onu dəqiq bilirəm ki, o, nə vaxtsa qanun qarşısında mütləq cavab verməlidir.
Sözardı 1. 4 iyun uğursuzluğu haqda istənilən qədər səbəb göstərmək olar. nə bilim daxili və xarici qüvvələr və s. Amma düşünürəm ki, 1993-ci ilin 4 iyun qiyamında məğlubiyyətimizin əsas səbəblərindən biri və ən mühümü xalqın hakimiyyəti müdafiə etməməsi oldu...
sözardı 2. Prezidentin "Mən pislərin içərisində ən yaxşısını seçdim" bacarığının nəticəsi isə bu gün də davam edir.
Baba Allahnəzərov
TEREF




