Sizcə, hansı rəqəm real deyil: əhali sayı, yoxsa məzun sayı?

Bu gün, 15:18           
Sizcə, hansı rəqəm real deyil: əhali sayı, yoxsa məzun sayı?
Naxçıvanda XI sinfi bitirən şagirdlərin sayı ölkə üzrə göstərici ilə müqayisədə xeyli aşağıdır.
Rəsmi məlumata görə, bu il Azərbaycanda 116 min 550 şagird məzun olur. Ölkə əhalisinin təxminən 5 faizinin Naxçıvanın payına düşdüyü nəzərə alınsa, eyni nisbətlə muxtar respublikada təxminən 5800 məzun gözlənilə bilərdi.
Lakin Naxçıvan Təhsil Nazirliyinin məlumatına görə, bu il muxtar respublikada XI sinfi cəmi 3698 şagird bitirir. Bu isə əhali nisbəti ilə gözlənilən göstəricidən 2100-dən çox azdır. Başqa sözlə, Naxçıvanda XI sinif məzunlarının sayı gözlənilən rəqəmdən təxminən 37 faiz aşağıdır.
Bu rəqəmlər Naxçıvanda məktəbli kontingentinin və ümumilikdə əhalinin real sayı ilə bağlı suallar yaradır. Sakinlər bu fərqi son illərdə işsizlik və sosial çətinliklər səbəbindən çox sayda ailənin Naxçıvandan Bakıya və Türkiyəyə köçməsi ilə əlaqələndirirlər.
Onların sözlərinə görə, Naxçıvanın boşalması artıq məktəblərdə də hiss olunur. Xüsusilə Türkiyəyə köçən ailələrin uşaqları ciddi problemlərlə üzləşirlər. Bəzi uşaqlar oturum sənədi olmadığı üçün məktəbə qəbul edilmir, nəticədə təhsildən kənarda qalır və savadsız böyümək təhlükəsi ilə üzləşirlər.
Gündəlik Naxçıvan
S.S TEREF yazır ki, Qafqaz Aslanı adı altında yazan bir sosial şəbəkə fəali öz fikrini belə bildirib:
"Qafqaz Aslanı
Naxçıvanda kəndlər boşalıb. Məmməd Araz kimi şairi Azərbaycana qazandıran kənddə 14 ildir ki, 1 dənə də uşaq dogulmayıb. Orta məktəb 3-5 ilə baglabacaq. Səbəb isə məktəbə gedəcək uşaq olmayacaq. Yəni bu gedişlə 10-15 ilə bu kəndlər xəritədən silinəcək. Kənddə olan uşaqlar da orta məktəbi bitirən kimi, kəndi tərk edir və ancaq kəndə qonaq gəlir. Yəni indiki uşaqlar da kənddən gedir. Dövlət olaraq təcili tədbirlər görməzsa bir neçə ildən sonra kəndlərimiz boş qalacaq...."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru