Bəzi deputatlar quru sərhədlərin bağlı qalmasını “təhlükəsizlik” məsələləri ilə izah etməyə çalışırlar.

23-06-2026, 00:06           
Bəzi deputatlar quru sərhədlərin bağlı qalmasını “təhlükəsizlik” məsələləri ilə izah etməyə çalışırlar.
Hörmətli vəkillərlə bu məsələni canlı yayımda müzakirə etmək istərdim – bəlkə doğrudan da, elə arqumentlər gətirəcəklər ki, quru sərhədlərin bağlı olmasının zəruriliyinə hamımızı inandıracaqlar?!
Məsələn, bəlkə izah edə biləcəklər ki, Ukrayna və Rusiya müharibə aparır, Rusiya 4 ildən çoxdur ki, Ukraynaya qarşı təcavüzkar işğalçı savaş açıb – amma, nədənsə, təhlükəsizliyə görə nə Ukrayna, nə Rusiya sərhədlərini bağlamayıb?!
Və ya, bizim də razılaşacağımız misallarla sübut edəcəklər ki, Cənubi Qafqazda ən güclü Orduya, təhlükəsizlik sisteminə malik olan Azərbaycan sərhədləri bağlı, amma, bizdən qat-qat zəif olan Ermənistan və Gürcüstan açıq saxlayır?!
Nəhayət, bəlkə də elə daşdan keçən sözlər deyəcəklər və hamımız razılaşacağıq ki, məsələn, təyyarə ilə Tbilisiyə gedən Azərbaycan vətəndaşı, sonra quru yolla evinə, ölkəsinə dönməyə məhz təhlükəsizliyə görə icazə verilmir?!
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru