Kafe və restoranlara axan pullar 5 ildə 4 milyardı ötdü - CƏDVƏL

Bu gün, 17:34           
Kafe və restoranlara axan pullar 5 ildə 4 milyardı ötdü - CƏDVƏL
Son beş ilin yanvar-may aylarında özəl ictimai iaşə sektorunda ümumi dövriyyə 4 milyard 120 milyon 584,2 min manata çatıb.

Valyuta.az xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında qeyri-dövlət sektorunda ictimai iaşə dövriyyəsi 1 milyard 113 milyon 31,4 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 134 milyon 197,7 min manat və ya 13,71% çoxdur. 2025-ci ilin ilk beş ayında sözügedən sahədə dövriyyə 978 milyon 833,7 min manat olub.

2025-ci ilin yanvar-may aylarında dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 185 milyon 2,9 min manat və ya 23,30% artaraq 978 milyon 833,7 min manata çatıb. 2024-cü ilin ilk beş ayında isə bu göstərici 793 milyon 830,8 min manat təşkil edib.

2024-cü ilin yanvar-may aylarında qeyri-dövlət sektorunda ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 57 milyon 717,8 min manat və ya 7,84% artıb. 2023-cü ilin yanvar-may aylarında dövriyyə 736 milyon 113 min manat olub.

Daha əvvəlki dövrdə artım daha sürətli qeydə alınıb. Belə ki, 2023-cü ilin ilk beş ayında göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 237 milyon 337,7 min manat və ya 47,59% yüksəlib. 2022-ci ilin yanvar-may aylarında qeyri-dövlət sektorunda ictimai iaşə dövriyyəsi 498 milyon 775,3 min manat təşkil edib.

2021-ci ilin müvafiq dövründə isə bu rəqəm 277 milyon 740,1 min manat olub. Nəticədə 2022-ci ildə illik artım 221 milyon 35,2 min manat və ya 79,58% səviyyəsində qeydə alınıb.
Dövr Dövriyyə (min manat) Artım (min manat) Artım (%)
2026 1 113 031,4 134,197,7 13,71%
2025 978,833,7 185,0029 23,30%
2024 793,830,8 57,717,8 7,84%
2023 736,113 237,337,7 47,59%
2022 498,775,3 221,035,2 79,58%
22.06.2026













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru